...

Azərbaycan turistləri üçün Bişkek şəhərinə hava yolu açılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2012 12:03 (UTC +04:00)
Dubayın qənaətcil flydubai aviaşirkəti Mərkəzi Asiyada iştirakını genişləndirərək, həftədə iki dəfə Bişkek şəhərinə uçuşlar həyata keçirəcək.
Azərbaycan turistləri üçün Bişkek şəhərinə hava yolu açılır (FOTO)

Azərbaycan, Bakı, 17 yanvar / Trend/

Dubayın qənaətcil flydubai aviaşirkəti Mərkəzi Asiyada iştirakını genişləndirərək, həftədə iki dəfə Bişkek şəhərinə uçuşlar həyata keçirəcək. Qırğızıstanın paytaxtı flydubai aviaşirkətinin sayca 50-ci təyinat məntəqəsi oldu. Beləliklə, iki il yarımlıq fəaliyyəti ərzində aviaşirkətin marşrut şəbəkəsi Fars Körfəzi, Hindistan yarımadası, Asiya və Avropanın 28 ölkəsini birləşdirir.

Bişkək şəhərinə ilk reys 7 Fevral 2012-ci ildə baş tutacaq. flydubai - Dubay-ın ilk aviaşirkətidir ki, Birləşmiş Ərəb Əmirlikləri və Qırğızıstan arasında hava yolu açır. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək: çərşənbə axşamı və cümə günləri Dubaydan Bişkekə, çərşənbə və şənbə günləri - əks istiqamətdə.

Hadisəni şərh edən flydubai aviaşirkətinin Prezidenti Qeyt Əl Qeyt deyir: "Biz fəxr edirik ki, keçmiş Sovet İttifaqı ölkələrinə marşrutların sayını 12-yə çatdırdıq. flydubai fəaliyyətə 2009-cu ilin İyun ayında başlayıb və sayca əllinci istiqamətin istifadəyə verilməsi şirkətimizin tarixində mühüm bir mərhələdir. Biz artıq Mərkəzi Asiyanın bir sıra şəhərlərinə uçuşlar həyata keçiririk. Hesab edirik ki, Bişkek istiqamətinə də tələbat olacaq. Əminliklə deyə bilərəm ki, yeni marşrut alternativ turizm istiqamətlərinə üstünlük verən səyahət həvəskarlarının ürəyincə olacaq. Həmçinin, Qırğızıstan vətəndaşları flydubai-ın hava şəbəkəsi vasitəsi ilə Yaxın Şərq, Hind subqitəsi və Afrika ölkələrinə rahat çıxış əldə edəcəklər.

Birləşmiş Ərəb Əmirliklərində üç mindən artıq Qırğızıstan vətəndaşı yaşayır. Yeni reyslər onlara imkan verəcək ki, yaxınları və dostlarına daha tez-tez baş çəksinlər".
Dubay-Bişkek reysinə biletin qiyməti 280 ABŞ dollarından başlayır.

Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Misal üçün, çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır.

Dubaydan Bişkəkə və əks istiqamət üzrə biletləri flydubai aviaşirkətinin saytı (www.flydubai.com), +9714 231 1000 telefonu ilə əlaqə saxlayaraq və turizm operatorları vasitəsi ilə əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti