...

2012-ci il Azərbaycan və Rusiya arasında hüquqi bazanın inkişafı ili olacaq - Rusiyanın ticarət nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 13:51 (UTC +04:00)
Azərbaycan və Rusiya arasında cümə axşamı Moskvada imzalanacaq diplomatik mülkiyyət haqqında saziş 2012-ci ildə iki ölkə arasında hüquq-müqavilə bazasının gələcək inkişafı üçün yaxşı debüt olacaq.
2012-ci il Azərbaycan və Rusiya arasında hüquqi bazanın inkişafı ili olacaq - Rusiyanın ticarət nümayəndəsi

Azərbaycan, Bakı, 19 yanvar /Trend müxbir İ.Xəlilova/

Azərbaycan və Rusiya arasında cümə axşamı Moskvada imzalanacaq diplomatik mülkiyyət haqqında saziş 2012-ci ildə iki ölkə arasında hüquq-müqavilə bazasının gələcək inkişafı üçün yaxşı debüt olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin deyib.

"Bu, Rusiya və Azərbaycanın diplomatik nümayəndəliklərinin yerləşdiyi mülkiyyətlərin təhvil verilməsini nəzərdə tutan çox ciddi sazişdir və güman edirəm ki, bu, il ərzində iki ölkə arasında imzalanacaq birinci və sonuncu saziş deyil", - Şedrin bildirib.

Saziş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri çərçivəsində imzalanacaq.

Şedrinin sözlərinə görə, hazırda üç sənəd praktiki olaraq hazırdır. Bunlardan biri əmək miqrasiyası haqqında hökumətlərarası saziş layihəlisidir ki, bu da Rusiya və Azərbaycanın enerji sistemlərinin parallel işləri, eləcə də Azərbaycan tərəfinə Ümumrusiya Sərgi Mərkəzində (ÜSM) pavilyonin uzunmüddətli icarəyə verilməsi üzrə əhəmiyyətli irəliləyişdir.

"Əmək miqrasiyası haqqında hökumətlərarası saziş biznesin təşkili zamanı Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə və Azərbaycan vətəndaşlarının Rusiya ərazisinə gəlişinin qeydiyyatı ilə bağlı bir çox prosedurları qanuniləşdirməyə imkan verir" , - ticarət nümayəndəsi bildirib.

İkinci saziş Azərbaycan və Rusiyanın elektrik enerjisi sisteminin sinxronlaşdırılmasını nəzərdə tutur. Azərbaycan daimi əsasda qonşu ölkələrə, o cümlədən də Rusiyaya (Dərbənd-Yalama elektrikötürücü xətti ilə) elektrik enerjisinin verilməsini həyata keçirir. Rusiyaya elektrik enerjisinin verilməsi zamanı Azərbaycanın xeyirinə müsbət saldo yaranıb.

Üçüncü sazişin məğzi ondan ibarətdir ki, MDB ölkələri rəmzi ödənişə görə ÜSM-də öz milli pavilyonlarını uzunmüddətli icarəyə alacaqlar. Güman edilir ki, Moskvada ÜSM-in bazasında MDB-nin iştirakçı dövlətlərinin daimi fəaliyyət göstərən sərgilərinin yaradılması üzrə iş əməkdaşlığın inkişafı üçün vacib faktor olacaq.

"Digər hökumətlərarası sazişlər üzrə fəal iş və intensiv danışıq prosesi gedir. Güman edirəm ki, bu il Azərbaycan və Rusiya arasında hüquq-müqavilə bazasının gələcəkdə təkmilləşdirilməsi və inkişafı məsələlərində irəliləyiş ili olacaq", - Şedrin qeyd edib.

Xəbər lenti

Xəbər lenti