...

Azərbaycan daxili nəzarət sahəsində Böyük Britaniya təcrübəsinin tətbiqinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2012 18:16 (UTC +04:00)
Azərbaycan daxili nəzarət sahəsində Böyük Britaniya təcrübəsini tətbiq etməyə hazırlaşır.
Azərbaycan daxili nəzarət sahəsində Böyük Britaniya təcrübəsinin tətbiqinə hazırlaşır

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan daxili nəzarət sahəsində Böyük Britaniya təcrübəsini tətbiq etməyə hazırlaşır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə İqtisadi İnkişaf Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Ayaz Əliyev bildirib.

"Biz Avropa İttifaqının (Aİ) SIGMA proqramı çərçivəsində daxili nəzarət sahəsində qabaqcıl təcrübəni tətbiq etmək məqsədilə ilkin araşdırmalar aparmağa başlamışıq. Bu məqsədlə Litvanın vergi yoxlamaları təcrübəsini öyrənmişik. Bu sistem Böyük Britaniyadan mənimsənilib və sınaqdan uğurla keçib", - Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan hazırda bu təcrübəni gələcəkdə mənimsəmək məqsədilə lokal tələbat və korporativ maraqlara riayət etmək və hesablamaq üzrə araşdırmalar aparır.

"Azərbaycan üçün prioritet istiqamət korrupsiya ilə mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsidir. Bu çərçivədə ölkə TAIEX və SIGMA alətləri üzrə Aİ ilə əməkdaşlıq edir", - Əliyev vurğulayıb.

SIGMA Mərkəzi və Şərqi Avropa ölkələrinə müasir inzibati sistemlərin inkişafında dəstək verir. SIGMA öz işində maliyyə nəzarətinə, dövlət büdcəsinə, dövlət sifarişləri üzərində nəzarətə və auditor nəzarətinə xüsusi diqqət yetirir.

Xəbər lenti

Xəbər lenti