...

"Flydubai" İraqa aviareyslərin sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2012 15:37 (UTC +04:00)
Dubayın ilk büdcə aviaşirkləti "Flydubai" İraqın paytaxtı Bağdad şəhərinə uçuşlara başlayaraq, marşrut şəbəkəsini genişləndirməsini bəyan edir.
"Flydubai" İraqa aviareyslərin sayını artırır

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.İsmayılov/

Dubayın ilk büdcə aviaşirkləti "Flydubai" İraqın paytaxtı Bağdad şəhərinə uçuşlara başlayaraq, marşrut şəbəkəsini genişləndirməsini bəyan edir.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, Dubaydan Bağdada ilk reys 2012-ci il yanvarın 17-də baş tutub. Bu, "Flydubai"ın Ərbil və Süleymaniyyə şəhərlərindən sonra İraq istiqamətində sayca üçüncü marşrutudur. Dördüncü istiqamət isə yanvarın 29-da ən-Nəcəf şəhərinə açılan yeni hava yolu olacaq.

"Bizə daim dəstək göstərdiklərinə görə İraq hökumətinə minnətdarlığımı bildirirəm. Açdığımız yeni reys Birləşmiş Ərəb Əmirlikləri və İraq arasında işgüzar ticarət əlaqələrinin möhkəmləndirilməsinə kömək edəcək", - Flydubai aviaşirkətinin baş meneceri Qeyt əl-Qeyt deyib.

İki ölkə arasında əmtəə dövriyyəsi 6,5 mlrd. ABŞ dolları təşkil edir. 2012-ci ilin sonunadək kənd təsərrüfatı, ərzaq və digər sənaye sahələrinin daxil olduğu əmtəə dövriyyəsinin 7 mlrd. ABŞ dollarına kimi artacağı gözlənilir.

Dubay-Bağdad reysinə biletlərin qiyməti 315 ABŞ dollarından başlayır. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Misal üçün, çəkisi 20 kq-a qədər olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır.

Dubaydan Bağdada və əks istiqamət üzrə biletləri "Flydubai" aviaşirkətinin saytı (www.flydubai.com), +9714 231 1000 telefonu ilə əlaqə saxlayaraq və turizm operatorları vasitəsilə əldə etmək olar.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 20 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət uçuşları daha sadə, rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. "Flydubai" aviaşirkətinin məqsədi səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir.

Xəbər lenti

Xəbər lenti