...

Hava şəraiti Azərbaycanın nəqliyyat infrastrukturunun işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2012 10:18 (UTC +04:00)
Hava şəraitinin pisləşməsinə və temperaturun aşağı düşməsinə baxmayaraq Heydər Əliyev beynəlxalq aeroportu normal rejimdə çalışır. Bu barədə cümə axşamı Trend-ə Bakı aeroportundan məlumat verilib.
Hava şəraiti Azərbaycanın nəqliyyat infrastrukturunun işinə təsir etməyib

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir E.İsmayılov /

Hava şəraitinin pisləşməsinə və temperaturun aşağı düşməsinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə işləyir. Bu barədə cümə axşamı Trend-ə Bakı aeroportundan məlumat verilib.

"Hazırda təyyarələrin qəbulu və yola salınması ilə bağlı problem yoxdur", - aeroportdan bildiriblər.

Cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Trend-ə dediyi kimi, hava şəraiti Bakı Dəmiryol Vağzalının işinə, eləcə də dəmiryol reyslərinin həyata keçirilməsinə təsir etməyib.

"Hazırda vağzalın işində və reyslərin həyata keçirilməsində problem yoxdur", - Əzməmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti