...

Azərbaycanın gömrük modeli Mərkəzi Asiyada tətbiq oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2012 13:48 (UTC +04:00)
Gömrük nəzarəti və malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı Azərbaycanın "bir pəncərə" prinsipinin tətbiqi modeli Mərkəzi Asiya ölkələrində tətbiq oluna bilər.
Azərbaycanın gömrük modeli Mərkəzi Asiyada tətbiq oluna bilər

Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir A.Axundov /

Gömrük nəzarəti və malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı Azərbaycanın "bir pəncərə" prinsipinin tətbiqi modeli Mərkəzi Asiya ölkələrində tətbiq oluna bilər. Bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

"Bizə Ümumdünya Gömrük Təşkilatından (ÜGT) və Asiya İnkişaf Bankından (AİB) təcrübəmizin Özbəkistanda, Tacikistanda və başqa ölkələrdə tətbiq olunmasına kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olur", - Əliyev deyib.

Onun sözlərinə görə, bu prinsipin tətbiqinin Azərbaycan modeli nümunəvi heab edilir və dünyada öyrənilir.

"DGK-nın əməkdaşları bu modelin təqdimatı üçün müntəzəm şəkildə müxtəlif beynəlxalq tədbirlərə dəvət olunurlar", - Əliyev deyib.

Ölkənin gömrük-buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqinə 2009-cu ildən başlanılıb. Həmin dövrdən etibarən bu sahə müəyyən inkişaf mərhələsindən keçib, hüquqi, təşkilati məsələlərin həlli üzrə tədbirlər görülüb, müvafiq dövlət strukturları ilə məlumatlandırma və tərəfdaşlıq əlaqələri üzrə işlərin keyfiyyəti yüksəlib, yeni qaydaların tətbiqi prosesində irimiqyaslı informasiya texnologiyalarından istifadəyə başlanılıb.
"Bir pəncərə" prinsipi vasitəsilə DGK nəzarət metodlarının effektivliyinin yüksəldilməsinə nail olub, texniki nəzarət vasitələrindən istifadə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb ki, bu da vaxt itkisinin qarşısını almağa imkan verir. Avtonəqliyyat vasitələrinin qeydiyyatı üçün "bir pəncərə" prinsipinin tətbiqi bu tədbirlərin davamı olub.

Xəbər lenti

Xəbər lenti