...

Bakı-Dubay aviareysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2012 17:05 (UTC +04:00)
"Flydubai" aviaşirkətinin həyata keçirdiyi Bakı-Dubay aviareysi Bakıdan gecikmə ilə uçacaq.
Bakı-Dubay aviareysi yubanır

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.İsmayılov/

"Flydubai" aviaşirkətinin həyata keçirdiyi Bakı-Dubay aviareysi Bakıdan gecikmə ilə uçacaq. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Aeroportdan deyildiyi kimi, yubanmaya səbəb əlverişsiz hava şəraiti səbəbindən təyyarənin Bakıya geçikmə ilə gəlməsi olub.

"Hazırda sərnişinlər təyyarəyə minir və təyyarə Bakı vaxtı ilə saat 17:00-dən sonra yola düşəcək", - aeroportdan deyiblər.

Xəbər lenti

Xəbər lenti