...

"Flydubai" aviaşirkəti İraqa yeni marşrut açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.İsmayılov/

Dubayın büdcə aviaşirkəti "Flydubai" İraqın ən-Nəcəf şəhərinə uçuşlara başlayıb.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, reyslər həftədə üç dəfə həyata keçiriləcək. Beləliklə, "Flydubai" İraq istiqamətində marşrutlarının sayını dördə çatdırıb.

Ən-Nəcəf şəhərinə ilk uçuş yanvarın 29-da baş tutub. Bu, aviaşirkətin ay ərzində İraqa açdığı ikinci hava yoludur. On gün bundan əvvəl Bağdad şəhərinə uçuşların başlanması bəyan edilmişdi.

"Yeni marşrut Dubay hava limanının müxtəlif istiqamətlər üzrə əlaqələrinin genişləndirilməsi strategiyasının əksidir. Əminik ki, yeni hava yoıu xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirəcək", aviaşirkətin baş direktoru Qeyt əl-Qeyt deyib.

Yeni marşrut "Flydubai" aviaşirkətinin 48-ci istiqamətidr. Dubay - ən-Nəcəf reysinə bilet 255 ABŞ dolları təşkil edir. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin artıq 21 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət uçuşları daha sadə,r ahat və əlverişli qiymətlərlə həyata keçirməyə çalışaraq, Dubaya turist axınını artırmağa kömək edir.

Xəbər lenti

Xəbər lenti