...

"Unibank" mikrobiznesin dəstəklənməsində ən yaxşı elan olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2012 16:14 (UTC +04:00)
2011-ci ilin yekunlarına görə "Unibank" ölkədə mikrobiznesin dəstəklənməsində ən yaxşı maliyyə təsisatı adını alaraq, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının (AMA) baş mükafatına layiq görülüb.
"Unibank" mikrobiznesin dəstəklənməsində ən yaxşı elan olundu

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

2011-ci ilin yekunlarına görə "Unibank" ölkədə mikrobiznesin dəstəklənməsində ən yaxşı maliyyə təsisatı adını alaraq, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının (AMA) baş mükafatına layiq görülüb.

Bankdan çərçənbə axşamı Trend-ə verilən məlumata görə, ötən ilin dekabr ayının sonunda bankın namizədliyi AMA-nın üç nominasiyasından ikisində irəli sürülmüşdü və bundan sonra nominantların sifarişlərinə nüfuzlu beynəlxalq maliyyə təşkilatlarının nümayəndələrindən ibarət olan Assosiasiyanın mükafatlar üzrə komitəsində baxılırdı. Ötən cümə günü - yanvarın 27-də AMA-nın mükafatlar üzrə komitəsinin qərarı ilə "Unibank" 80 bal toplayıb və "Azərbaycanda mikrobiznesləri dəstəkləyən təşkilat" nominasiyasında 30 bank və qeyri-bank kredit təşkilatları arasında ən yaxşı hesab edilib.

"Alınan mükafat mikrokreditləşdirmənin fəaliyyətimizdə prioritetlər sırasında olduğunu bir daha təsdiqləyir", - "Unibank"ın idarə heyəti sədrinin müavini Faiq Zeynalov bildirib. Onun sözlərinə görə, Bankın mikrobiznesə maliyyə dəstəyi onun xırda və orta biznesə qədər yüksəlməsinə yardım edir.

Zeynalov hesab edir ki, bankların sahibkarlara dəstəyi yalnız kreditlərin ayrılması ilə məhdudlaşmamalıdır. "Bu müştərilər öz biznes-fəaliyyətlərində nəticələrinin dəqiq nəzərə alınmasında çətinlik çəkdiklərinə görə, biz onlara balansın sadələşdirilmiş formasının, habelə gəlirlər və itkilər üzrə hesabatın tərtibatında yardım etməyə çalışırıq, - o qeyd edib. - Bir çox hallarda mütəxəssislərimiz müştərinin iştirakı ilə hətta onun fəaliyyətinin dinamikada təhlilini yerinə yetirirlər. Bu da onlara maliyyə yekunlarını daha dəqiq qiymətləndirmək imkanı ilə bərabər, öz biznesini bankir gözü ilə görmək, bütün müsbət və mənfi meyilləri aşkar etmək, ən əsası isə, banka təqdim etdikləri kredit sifarişlərində də lazımi dəqiqləşmələr aparmağa kömək edir", - Zeynalov deyib.

2011-ci ildə "Unibank" ASC-nin mikrokreditləşdirilmə portfeli 2,11 dəfə artıb və 13,350 mln. manatı üstələyib. Bu zaman mikrokreditləri bankın bölgələrdə əsas kredit aləti hesab etmək olar. Belə ki, son bir il ərzində mikrokredit cəlb edən sahibkarların sayı 2500 nəfərdən 5935 nəfərə qədər artıb ki, onların da 2/3-si məhz regionları təmsil edir.

Mikrokreditlər Unibank-da ən azı yarım il sahibkarlıqla məşğul olan şəxslərə 2 aydan 2 ilə qədər ayrılır. Mikrokreditlərin məbləği 200-dən 20 minə qədər şərti vahid təşkil edə bilər, girov qismində isə bank tərəfindən daşınmaz əmlakla yanaşı, avadanlıq, malların qalığı, kənd təsərrüfatı məhsulları və borcalanın mal-qarası da daxil olmaqla, digər qeyri-standart girov növləri qəbul edilir.

"Unibank" ASC 2001-ci ildə yaranan Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının 2007-ci ildən fəal üzvlərindən biridir.

Yanvarın 31-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti