...

"FINCA Azerbaijan"nın yeni filialları

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2012 12:59 (UTC +04:00)
"FINCA Azerbaijan" Kredit Təşkilatı 2012-ci ilə 2 yeni filialın açılması ilə başladı.
"FINCA Azerbaijan"nın yeni filialları

"FINCA Azerbaijan" Kredit Təşkilatı 2012-ci ilə 2 yeni filialın açılması ilə başladı. Əvvəllər Gəncə filialına bağlı işləyən Goranboy və Şəmkir filialına bağlı işləyən Tovuz market ofisləri bu ildən etibarən ayrı bir filial olaraq fəaliyyət göstərir. Eyni zamanda Dəliməmmədli market ofisi Goranboy filialına, Qovlar market ofisi isə Tovuz filialına bağlı olaraq müştərilərimizə xidmət göstərəcək.

Goranboy və Tovuz filialları filial kimi fəaliyyətlərinə müvafiq olaraq 3764 və 5082 nəfərlik müştəri bazasına sahib olaraq başlamışdır. Goranboy filialının kredit portfeli 2,7 milion USD-dən çox, Tovuz filialının kredit portfeli isə 4,2 milion USD-dən çoxdur. Hal-hazırda Goranboy filialında işləyən işçilərin sayı 12 nəfər, Tovuz filialında işləyənlərin sayı isə 16 nəfərdir.

"FINCA Azerbaijan" 29 filial və 34 market ofisi ilə ölkənin 60-dan çox şəhər və rayonunda müştərilərə xidmət göstərir. 2011-ci ilin sonuna olan göstəricilərə görə təşkilatın xidmət göstərdiyi müştərilərin sayı 119,867 nəfərdir. Onlardan 32,853 nəfəri fərqi kredit məhsullarından, 84,017 nəfəri isə qrup krediti məhsullarından istifadə edirlər. Eyni tarixə olan göstəricilərə görə ümumi kredit portfeli 117 milion USD-dən çoxdur: 48 milion USD-dən çoxu fərdi kredit portfelinə, 68 milion USD-dən çoxu isə qrup kredit portfelinə aiddir. Təkcə dekabr ayında verilən kreditlərin sayı 14,629-dir (fərdi: 3835, qrup: 10,794), həmin kreditlərin ümum məbləği isə 23,079,165 USD-dir (fərdi: 8,502,861 USD, qrup: 14,576,303 USD).

Xəbər lenti

Xəbər lenti