...

"Azərikimya" İB-də Gənclər Günü münasibətilə tədbir keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 11:06 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
"Azərikimya" İB-də Gənclər Günü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 fevral /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

İB-dən cümə günü Trend-ə verilən məlumata görə, iştirakçılarının əksəriyyətini Birlik müəssisələrində çalışan gənc mütəxəssislərin təşkil etdiyi tədbirdə çıxış edənlər vurğulayıblar ki, respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında" Prezidentin 1994-cü il tarixli fərmanı, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının kecirilməsi və xüsusi sərəncamla fevralın 2-nin Azərbaycanda Gənclər Günü elan edilməsini bu istiqamətdə atılmış addımlar kimi dəyərləndirmək olar.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", 2007-ci ilin "Gənclər ili" elan edilməsi və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı gənclər siyasətinin həyata kecirilməsi yolunda muhum fəaliyyət sənədi olub, bilavasitə Prezident İlham Əliyevin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib, Azərbaycan gənclərinin təşkilatlanaraq ümummilli problemlərin həlli naminə fəaliyyət göstərmələri üçün bütün imkanlar yaradılıb.

Çıxış edən gənclər qazanılmış uğurlarla bərabər, gəncləri narahat edən bəzi problemlərdən də bəhs edib və bir sıra maraqlı və məqsədyönlü təkliflər də irəli sürüblər.

Tədbirdə İB müəssisələrində çalışan gənclərə yaradılan şəraitdən, onlara göstərilən qayğıdan danışılıb, ölkə Prezidentinin və ARDNŞ rəhbərliyinin gəncləşdirmə siyasəti ilə əlaqədar göstəriş və tövsiyələrinə uyğun olaraq, "Petkim Petrokimya Holdinq" şirkəti, həmçinin respublikanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə başlanılmış qarşılıqlı-faydalı əməkdaşlıqdan və bu əməkdaşlığın "Azərikimya"ya verə biləcəyi faydadan söhbət açılıb, gənclərin qaldırdığı məsələlərə münasibət bildirilib.

Tədbir boyu Sumqayıt gənclərinin və "Azərikimya" İB-nin müəssisələrində çalışan gənc mütəxəssislərin fəaliyyətini əks etdirən foto-slaydlar nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti