...

Azərbaycanda vaqonların relsdən çıxması nəticəsində baş verən qəzada neft məhsulları dağılmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2012 12:12 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin mütəxəssisləri bu gecə Azərbaycanın Hacıqabul rayonunda neft məhsulları daşıyan qatarın vaqonlarının relsdən çıxmasının səbəblərini araşdırırlar.
Azərbaycanda vaqonların relsdən çıxması nəticəsində baş verən qəzada neft məhsulları dağılmayıb

Azərbaycan, Bakı, 6 fevral / Trend, müxbir E.İsmayılov /

"Azərbaycan Dəmir Yolları" QSC-nin mütəxəssisləri bu gecə Azərbaycanın Hacıqabul rayonunda neft məhsulları daşıyan qatarın vaqonlarının relsdən çıxmasının səbəblərini araşdırırlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Qəza nəticəsində neft məhsulları dağılmayıb və zərərçəkən yoxdur. Bu insident başqa qatarların hərəkətinə təsir etməyib, çünki qatar ehtiyat yolda olub.

Gürcüstanın Batumi limanına aparılan qazoyl yükü qazaxıstanlı yük göndərənə məxsus olub.

Əzməmmədovun sözlərinə görə, relsdən iki vaqon çıxıb və onlar artıq relsin üzərinə qoyulub. Yaxın zamanda qatar hərəkətini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti