...

Bakı küçələrində işləyən avtobusların sayı yarıdan da azdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 13:07 (UTC +04:00)
Çərşənbə axşamı və çərşənbə günü Bakının küçələrində avtobusların iş vaxtı hava şəraitindən asılı olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Nəqliyyat Nazirliyindən bildirilib.
Bakı küçələrində işləyən avtobusların sayı yarıdan da azdır

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbir E.İsmayılov /

Çərşənbə axşamı və çərşənbə günü Bakının küçələrində avtobusların iş vaxtı hava şəraitindən asılı olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Nəqliyyat Nazirliyindən bildirilib.

Nazirlikdən deyildiyi kimi, hazırda paytaxt küçələrinə işləməyə çıxan avtobusların sayı min ədədə çatmır. "Bu gün işə çıxan marşrutların miqdarı min ədədə çatmır ki, bu da hava şəraiti ilə əlaqədardır", - NN-dən deyilib.

Nazirlikdən bildirildiyi kimi, avtobusların iş müddətləri hava şəraitindən asılı olacaq. Güclü külək və yolların buz bağladığı şəraitdə avtobuslar işlərini vaxtından əvvəl dayandıracaqlar. Bu, sərnişinlərin təhlükəsizliyi baxımından vacibdir.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun bir az əvvəl dediyi kimi, adi şəraitdə paytaxtda iki mindən artıq avtobus çalışır.

Sinoptiklərin verdiyi məlumata görə, fevral ayının 7-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, şimal-qərb küləyinin saniyədə 10-15, arabir 18, axşama doğru 20 metrədək güclənəcəyi gözlənilir.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-də gün ərzində hava şəraitinin daha da kəskinləşəcəyi gözlənilir. Fevralın 8-də havanın temperaturu daha da aşağı enəcək, şaxtalar güclənəcək.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yaxın günlərdə ən kəskin hava şəraitinin fevralın 8-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.

Xəbər lenti

Xəbər lenti