...

Bakı aeroportu bir sıra reysləri ləğv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 06:36 (UTC +04:00)
Hava şəraitinə görə Heydər Əliyev Beynəlxalq aeroportu cümə axşamı günü səhər saatlarında bir sıra reysləri ləğv edib.
Bakı aeroportu bir sıra reysləri ləğv edib

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Hava şəraitinə görə Heydər Əliyev Beynəlxalq aeroportu cümə axşamı günü səhər saatlarında bir sıra reysləri ləğv edib. Bu barədə Trend-ə aeroportdan bildirilib.

Aeroportdan bildirdiklərinə görə, Bakıdan Aberdinə (yola düşmə vaxtı 08:50), Gəncəyə (yola düşmə vaxtı 09:55) və Tehrana (yola düşmə vaxtı 10:35) reyslər ləğv edilib.

Bundan başqa, Tehrandan (gəlmə vaxtı 05:40) və Gəncədən (gəlmə vaxtı 12:55) reyslər də ləğv edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundanm daha əvvəl Trend-ə verilən məlumata görə, fevralın 9-da Bakıda yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir. Havanın temperaturunun fevralın 9-da gecə 8-13, gündüz isə 0-3 dərəcə şaxta olması ehtimalı var.

Xəbər lenti

Xəbər lenti