...

"Rabitəbank" imtiyazlı səhmlərinin emissiya prospektini yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 15:20 (UTC +04:00)
Azərbaycan bankı "Rabitəbank" imtiyazlı, adlı, sənədsiz səhmlərinin emissiya prospektini yeniləyib.
"Rabitəbank" imtiyazlı səhmlərinin emissiya prospektini yeniləyib

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Azərbaycan bankı "Rabitəbank" imtiyazlı, adlı, sənədsiz səhmlərinin emissiya prospektini yeniləyib. Nəticədə onun həcmi 5,41 milyon manatdan 5,8 milyon manata qədər artıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 20,29 manat olan 285 856 ədəd səhm buraxılıb. Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 25,166 milyon manatadək artacaq.

Yerləşdirmənin anderrayteri qismində "Chelsi Capital" MMC çıxış edir.

"Rabitəbank" kommersiya bankı Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. 2010-cu ilin sentyabrında Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycan bankının səhmdarları sırasına daxil olmaq barədə saziş imzalanıb.

Həmin maliyyə institutlarının hər biri 12,5 faiz olmaqla "25 faiz +1 səhm" səhm paketi əldə ediblər. Sövdələşmənin ümumi məbləği 4 milyon manat təşkil edir. Bu sövdələşməyədək bankın nəzarət səhm paketi (86,1 faiz) "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyevə məxsus idi.

Fevralın 9-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti