...

"TBC Kredit" Azərbaycanda avtomobil kreditlərinə endirim kampaniyası elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 15:08 (UTC +04:00)
8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində "TBC Kredit" avtomobil kreditlərinə endirim kampaniyası elan edib.
"TBC Kredit" Azərbaycanda avtomobil kreditlərinə endirim kampaniyası elan edib

Azərbaycan, Bakı, 9 fevral /Trend/

8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində "TBC Kredit" avtomobil kreditlərinə endirim kampaniyası elan edib. Trend-in məlumatına görə, bu barədə "TBC Kredit"in cümə axşamı yaydığı məlumatda deyilir.

Martın 10dək avtomobil krediti üçün müraciət edən bütün xanımlar hədiyyə olaraq illik faiz dərəcəsinə 1% endirim əldə edirlər. İndi bu kredit üzrə minimal illik faiz dərəcəsi 17% təşkil edir. Kişilər də öz xanımlarına hədiyyə edə bilərlər, bununla bərabər, hər şey xanımın adına rəsmiləşdirilir, lakin hədiyyə edən şəxsin gəliri nəzərə alınır.

"TBC Kredit"in avtomobil krediti əhali arasında geniş tələbatla istifadə olunur. Kredit istənilən avtomobilin alışı üçün (marka və istehsal ilinə məhdudiyyət yoxdur), ilkin ödənişsiz və sığortasız verilir. Əgər kreditin məbləği 25 min manatdan yuxarı və müddəti 36 aydan çoxdursa, bu halda avtomobilin sığortalanması zəruridir. Bundan əlavə, kreditə müraciət edib cavab almaq və bundan sonra avtomobil axtarışına başlamaq fürsəti də verilir. Kreditin maksimal məbləği 50 min manat, müddəti isə 60 ay təşkil edir.

Əlavə məlumat üçün "TBC Kredit"in xidmət mərkəzlərinə 598-07-91/598-22-12 nömrələri ilə zəng edə və ya www.tbc.az saytından məlumat ala, onlayn müraciət formasını doldura və kredit kalkulyatorunun köməyi ilə aylıq ödənişlərinizi hesablaya bilərsiniz.

"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin səhmlərinin 75%-i Gürcüstanın aparıcı bankı olan TBC Bank-a, 25%-i isə ShoreBank International Ltd (ABŞ) şirkətinə məxsusdur.

Fevralın 9-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti