...

"Azərsun" rəhbəri Kuban Dövlət Aqrar Universiteti tərəfindən mükafatlandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 15:45 (UTC +04:00)
"Azərsun Holdinq"in idarə heyətinin sədri, Kuban Dövlət Aqrar Universitetinin fəxri doktoru Abdulbari Gözəl "Elm və biznesin effektiv tərəfdaşlığı" nominasiyasında universitet tərəfindən mükafata layiq görülüb.
"Azərsun" rəhbəri Kuban Dövlət Aqrar Universiteti tərəfindən mükafatlandırılıb

Azərbaycan, bakı, 9 fevral /Trend/

"Azərsun Holdinq"in idarə heyətinin sədri, Kuban Dövlət Aqrar Universitetinin fəxri doktoru Abdulbari Gözəl "Elm və biznesin effektiv tərəfdaşlığı" nominasiyasında universitet tərəfindən mükafata layiq görülüb.

Trend-in məlumatına görə, fevralın 8-də Rusiya elmi günündə Kuban Dövlət Aqrar Universitetində keçirilən tədbirdə 2011-ci ilin elmi yekunlarına həsr olunmuş təntənəli mərasim təşkil edilib. Burada 2011-ci ildə elmi nailyyətlər əldə etmiş şəxslər müxtəlif nominasiyalar üzrə təltif ediliblər.

Tədbirdə Krasnodar diyarının vitse-qubernatoru, elm və ictimai xadimləri və KİV nümayədələri iştirak ediblər.

Bununla yanaşı, Rusiya elm günündə universitetin fəxri doktoru Abdulbari Gözəl tələbələrlə görüş keçirib. Tələbə və müəllim heyəti qarşısında mühazirəsi zamanı Gözəl Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft sektoruna verdiyi dəstək, ölkə iqtisadiyyatının uğurlu inkişaf modelindən və "Azərsun Holdinq"in fəaliyyət modelindən bəhs edib. Mühazirənin sonunda universitetin fəxri doktoruna tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti