...

Azərbaycanda səyyar əmək birjaları təşkil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 14:51 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səyyar əmək birjaları təşkil edib.
Azərbaycanda səyyar əmək birjaları təşkil edilib

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi səyyar əmək birjaları təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib.

Onun sözlərinə görə, Dövlət Məşğulluq Xidmətinin struktur bölmələrinə daxil olan səyyar əmək birjaları əmək birjası sektorunun tərkibində fəaliyyət göstərir.

Səyyar əmək birjaları müvəqqəti iş axtaranlara əmək bazarındakı vəziyyət barədə məlumat verəcək və onların iş yerləri ilə təminatına yardım göstərəcək, peşəyönümü söhbətlər aparacaq, vətəndaşları peşə hazırlığı və əlavə təhsil, həmçinin haqqı ödənilə ictimai işlər barədə məlumatlandıracaq.

Təsdiq edilmiş qrafikə əsasən, səyyar əmək birjaları Bakı şəhərində və paytaxtın rayonlarında, xüsusən də işsizlərin toplaşdığı yerlərdə fəaliyyət göstərəcək.

Səyyar əmək birjalarının əsas istiqamətləri vətəndaşların müraciətlərinin qeydiyyata alınması, vakant yerlər haqqında məlumatın təqdim edilməsi, işsizləri onların ixtisaslarına əsasən müvəqqəti iş yerlərinə göndərmək və sairdir.

Xəbər lenti

Xəbər lenti