...

Bakı neft maşınqayırma zavodunun səhmlərinin buraxılışı qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2012 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Bakı neft maşınqayırma zavodunun 12,5 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QKDK-nin məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 2 manat olan 6 268 299 səhm buraxılıb.

Fevralın 10-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti