Azərbaycan, Bakı, 15 fevral /Trend müxbir E.İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC hava yaxşılaşdıqdan sonra güclü şaxta və buzlanma nəticəsində problemlər yaranmış avtomobil yollarının təmirinə başlayacaq. Bu barədə çərşənbə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, zədələr cari təmiri planlaşdırılan və təmir işlərinin xeyli müddət əvvəl keçirildiyi avtomobil yollarında əmələ gəlib.
"Tikintisi və təmiri bu yaxınlarda həyata keçirilən əsas avtomobil yolları və prospektlərdə problemlər yoxdur" , - Mürsəliyev qeyd edib.
Onun sözlərinə görə, xarab olmuş yolların təmiri üzrə işlər hava şəraiti yeni asfalt örtüyünün salınmasına imkan verəndən dərhal sonra başlayacaq.