...

Azərbaycanda yaşayış üçün yeri olmayanlar dövlət himayəsinə götürülüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 19:30 (UTC +04:00)
Azərbaycanda yaşayış üçün yeri olmayanlar dövlət himayəsinə götürülüb.
Azərbaycanda yaşayış üçün yeri olmayanlar dövlət himayəsinə götürülüb (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Ölkə ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin rayonlarında qurulmuş səyyar sığınacaqlarda yerləşən və yaşayış yeri olmayan insanların bundan sonrakı taleyinin müəyyən olunması istiqamətində də nazirlik tərəfindən məqsədyönlü işlərin görülməsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, belə ki, kəskin hava şəraitində səyyar sığınacaqlarda yerləşdirilmiş insanlardan 19 nəfərinin yaşayış üçün yeri olmadığı, səfil həyatı keçirdiyi müəyyən olunub. Onlar nazirliyin tabeliyində olan, Bakının Xəzər rayonunun Şağan kəndində yerləşən Müharibə Əlilləri üçün Müalicə Pansionatına yerləşdirilib.

Fevralın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Kələntərov adıgedən pansionata gələrək, burada həmin insanlar üçün yaradılmış şəraitlə yerindəcə tanış olub, onların lazımi diqqət və qayğı ilə əhatə olunması üçün müvafiq tapşırıqlarını verib.

Kələntərov bildirib ki, pansionatda yerləşdirilən bu şəxslər ilkin olaraq tibbi müayinədən keçiriləcək və səhhətində problem olanlara müvafiq müalicə xidməti göstəriləcək. Ümumiyyətlə, qeyd olunan şəxslərin səfil həyat tərzinə son qoyulmaqla, onların bundan sonra sosial xidmət müəssisələrində yaşayaraq, qida, geyim və s. baxımından təminatı həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti