...

Azərbaycan və İordaniya iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 14:50 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti fevralın 27-də İordaniya Haşimilər Krallığına səfər edəcək.
Azərbaycan və İordaniya iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 23 fevral /Trend müxbir Ə.Həsənov/

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti fevralın 27-də İordaniya Haşimilər Krallığına səfər edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan və İordaniya arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, 2011-ci ilin yekunları üzrə Azərbaycan və İordaniya arasında ticarət dövriyyəsi 3,59 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti