...

"Azər-Türk Bank" təminatlı pul bazarının üzvü oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 16:22 (UTC +04:00)
"Azər-Türk Bank" ASC Təminatli Pul Bazarı (TPB) seqmentinin iştirakçı banklarının qərarı ilə TPB-nin yeni üzvü olub.
"Azər-Türk Bank" təminatlı pul bazarının üzvü oldu

Azərbaycan, Bakı, 24 fevral /Trend/

"Azər-Türk Bank" ASC Təminatli Pul Bazarı (TPB) seqmentinin iştirakçı banklarının qərarı ilə TPB-nin yeni üzvü olub. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı Banklararası Valyuta Birjasının (BBVB) yaydığı məlumatda deyilir.

Beləliklə, Təminatlı Pul Bazarı iştirakçılarının sayı 11-ə çatıb.

Xatırladaq ki, 2009-cu il oktyabrın 21-də AMB, BBVB və pul bazarının bir sıra market-meyker bankları ("Dəmirbank", "AGBank", İKB "Nikoil", "Standard Bank", "Paşabank", "Unibank" və "Bank of Baku") arasında kollektiv saziş imzalanıb. Həmin sazış pul bazarının yeni seqmenti üçün hüquqi əsas təşkil edib.

Təminatlı Pul Bazarı (TPB) - banklararası kredit bazarının bir seqmentidir ki, burada kredit əməliyyatları üzrə öhdəliklərin yerinə yetirilməsi Mərkəzi Bank tərəfindən təmin olunur. Banklara təqdim edilən ticarət limitləri Mərkəzi Bank tərəfindən müəyyən edilir və bütün iştirakçılarla razılaşdırılır. Bu limitlərin dəyişdirilməsi haqqında qərar, həmçinin, Mərkəzi Bank tərəfindən baxılır və qəbul edilir. Sazişin hər bir iştirakçı bankı ayda 2 milyondan artıq vəsait cəlb edə bilməz. Kreditin maksimal müddəti 90 günlə məhdudlaşır. Faiz dərəcələri banklar tərəfindən sərbəst şəkildə müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti