...

Azərbaycan sığortaçısı kapitalını 10 milyon manata çatdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2012 12:11 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AtaSığorta" ASC-nin yeni adi sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydə alıb.
Azərbaycan sığortaçısı kapitalını 10 milyon manata çatdırır

Azərbaycan, Bakı, 29 fevral / Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AtaSığorta" ASC-nin yeni adi sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Şirkətdən verilən məlumata əsasən, emissiyanın həcmi 5 milyon manatdır. Qeydə alınmış səhmlərin hər birinin nominal dəyəri 25 manat olmaqla cəmi sayı 200 min ədəd təşkil edir.

Səhmlərin yerləşdirilməsi kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcəkdir. Buraxılmış səhmləri əldə etmək istəyənlər cəmiyyətin səhmlərinin yerləşdirilməsində iştirak edən anderrayter "BROKDİL-AZ" MMC-yə müraciət edə bilərlər.

Səhmlərin tədavülündə məhdudiyyətlər yoxdur. Səhmlərin dəyəri ödənildikdən sonra "AtaSığorta" ASC-nin nizamnamə kapitalı 10 milyon manata çatacaq.

Xəbər lenti

Xəbər lenti