...

"Visa" Azərbaycan üçün elektron ödənişlərin sərhədlərini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2012 16:33 (UTC +04:00)
"GoldenPay" şirkəti "Visa" beynəlxalq ödəniş sisteminin dəstəyi ilə əhalinin kommunal ödənişləri müasir ödəniş sistemi vasitəsilə aparmaq üçün birgə stimullaşdırıcı aksiya keçirir.
"Visa" Azərbaycan üçün elektron ödənişlərin sərhədlərini genişləndirir

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir Ə.Həsənov/

"GoldenPay" şirkəti "Visa" beynəlxalq ödəniş sisteminin dəstəyi ilə əhalinin kommunal ödənişləri müasir ödəniş sistemi vasitəsilə aparmaq üçün birgə stimullaşdırıcı aksiya keçirir. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının əhalisi kommunal ödənişləri bank kartları vasitəsilə internetdən - hesab.az portalında ödəyə bilərlər.

Onlayn ödəmə portalı (hesab.az) bütün növ kommunal ödənişləri, o cümlədən telefon və mobil rabitə, internet və kabel televiziyasını ödəmək imkanı yaradır. Bu, təkcə operativ və rahat demək deyil, həm də sərfəlidir. Qeydiyyatdan sonra hər ödəniş apardıqda abunəçiyə bonus xallar əlavə olunur. Kart vasitəsilə hər xərclənmiş 1 qəpiyə görə 1 bal verilir və həmin ballar vasitəsilə abunəçi elektron lotereya bileti əldə etməklə müxtəlif hədiyyələr qazana bilər.

Martın 1-dən aprelin 30-dək "Visa" kart sahibləri üçün kommunal xidmətlərin ödənişi zamanı xüsusi güzəştlər nəzərdə tutulub. İki ay ərzində aktiv ödəniş aparan "Visa" kart sahibləri digər ödəniş sisteminə məxsus bank kartları sahiblərindən üç dəfə artıq bonus xallar əldə edəcəklər. Aksiyanın sonunda hədiyyələrin oynanılması planlaşdırılır. Qaliblərə internet-maqazin aromat.az, Eurosel, Nexus, Victory Tour, NLT и Bestel şirkətləri tərəfindən möhtəşəm hədiyyələr təqdim olunacaq.

"50 ildən çox müddət ərzində "Visa" şirkəti dünyada nağdsız ödəniş sistemi sahəsi üzrə liderlərdən biridir. Bizim məqsədimiz istehlakçılara istənilən yerdə, istənilən vaxtda, həmçinin internetdə ən rahat ödəniş vasitəsi təqdim etməkdir, - Visa-nın MDB üzrə regional meneceri Aleksandr Kalita qeyd edib. - Dünyada 2,2 milyard internetə qoşulma qeydiyyata alınıb və bizim üçün vacibdir ki, "Visa" kart sahibləri təkcə real dünyanın imkanları ilə məhdudlaşmasınlar. Sutkada 24 saat ərzində real mağazada olduğu kimi, virtual mağazada da istifadə edə bilsinlər. GoldenPay-ı dəstəkləməyimiz bizim Azərbaycanda elektron ticarət bazarını inkişaf etdirmək hədəfimizi təsdiqləyir və sözsüz ki, bu da ölkədə bütün nağdsız ödəniş bazarının inkişafına yardım edir".

"Bu gün hesab.az internet resursuna Azərbaycanın əhaliyə kütləvi ödəmə xidmətləri göstərən 20-dən çox böyük şirkəti və 10 000-dən artıq aktiv istifadəçisi qoşulub. Şirkətlər arasında Azərbaycanın mobil operatorları, kabel televiziyası operatorları, internet operatorları və telefon rabitəsi var. Biz "Visa" şirkəti ilə əməkdaşlıqdan şadıq və onlara təşəkkür edirik ki, onlar bizim internetdə nağdsız ödəniş sistemini inkişaf etdirmək təşəbbüsümüzü dəstəkləyib və ümid edirik ki, bu layihə kartın rahat, operativ və etibarlı olduğunun əyani sübütu olacaq", - "GoldenPay" şirkətinin təsisçisi Fərid İsmayılzadə bildirib.

Xəbər lenti

Xəbər lenti