...

Tbilisidə Gürcüstan-Azərbaycan biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 17:49 (UTC +04:00)
"Business Time Georgia" jurnalının təşkilatçılığı ilə aprelin 30-da Tbilisidə Gürcüstan-Azərbaycan biznes forumu keçiriləcək.
Tbilisidə Gürcüstan-Azərbaycan biznes forumu keçiriləcək

Gürcüstan, Tbilisi, 5 mart /Trend, müxbir N.Kirsxaliya/

"Business Time Georgia" jurnalının təşkilatçılığı ilə aprelin 30-da Tbilisidə Gürcüstan-Azərbaycan biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə jurnalın baş redaktoru Levan Çitanava bildirib.

Onun sözlərinə görə, forumda iştirak etmək üçün Azərbaycandan Tbilisiyə tikinti və developer şirkətlərinin nümayəndələri, habelə biznesin digər sektorlarının 100-ə qədər nümayəndəsi gələcək.

2011-ci ildə "Business Time Georgia" və Azərbaycanın "Business Time" jurnalı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Məhz bu memorandum əsasında Gürcüstan-Azərbaycan biznes forumu baş tutacaq.

Forum Gürcüstanın Milli İnvestisiya Agentliyi, eləcə də "Georgian Business and Political Insight"ın dəstəyi ilə keçiriləcək.

Gürcüstanın Ticarət-Sənaye Palatası da dəstək vermək arzusu ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti