...

Azərbaycanın Depozit Mərkəzi daha səkkiz şirkətlə əməkdaşlığa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2012 20:20 (UTC +04:00)
Milli Depozit Mərkəzi (MDM) depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsi üzrə 7 şirkət və 1 bankla müqavilə bağlayıb.
Azərbaycanın Depozit Mərkəzi daha səkkiz şirkətlə əməkdaşlığa başlayıb

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Ə.Həsənov/

2012-ci ilin fevral ayında Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsi üzrə 7 şirkət və 1 bankla müqavilə bağlayıb. Bu barədə çərşənbə axşamı MDM-in məlumatında deyilir.

"Neftçala Tikinti Quraşdırma" ASC, "Beyləqan Dəmir Beton" ASC, "Gəncə Sənaye Tikinti" ASC, "Zəyəm Sənaye İstehsal" ASC, "Mehmanxana Şərq" ASC, "Ağstafa Taxıl" ASC və "Bakıtikintisənayedəstləşdirmə" ASC müəssisələri ilə depozitar və reyestrin aparılması, Bank "BTB" ASC ilə isə reyestrin aparılması xidmətlərinin göstərilməsi üzrə müqavilələr bağlanıb.

Xəbər lenti

Xəbər lenti