...

"AtaSığorta" Azərbaycanda ən çox tanınan 3 sığorta şirkətindən biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2012 16:21 (UTC +04:00)
Dünyanın ən böyük bazar araşdırma şirkətlərindən biri olan "GfK Group"un Türkiyə bölməsi "GfK Türkiye" Azərbaycanın ən çox tanınan sığorta şirkətlərini müəyyən edib.
"AtaSığorta" Azərbaycanda ən çox tanınan 3 sığorta şirkətindən biridir

Azərbaycan, Bakı, 7 mart /Trend/

Dünyanın ən böyük bazar araşdırma şirkətlərindən biri olan "GfK Group"un Türkiyə bölməsi "GfK Türkiye" Azərbaycanın ən çox tanınan sığorta şirkətlərini müəyyən edib.

"AtaSığorta" ASC-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, şirkətin Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə apardığı sorğunun nəticələrinə əsasən, ASC-nin respondentlərin yüksək faiz səsini toplayaraq, ölkəmizdə ən çox tanınan sığorta şirkətlərinin siyahısında 3 sığorta şirkətindən biri olduğu müəyyən edilib.

"Əldə etdiyimiz uğuru ictimaiyyətlə və müştərilərlə düzgün qurduğumuz işin nəticəsi kimi qiymətləndirirəm. "AtaSığorta" ASC fəaliyyətə başladığı dövrdən əhalinin sığorta ilə bağlı maarifləndirilməsinə, şirkətin fəaliyyəti və xidmətləri haqqında məlumatların açıqlanmasına böyük önəm verir. Həmçinin, əldə olunmuş yüksək nəticə müştərilərin "AtaSığorta" ASC-nin xidmətlərindən razı qaldıqlarının bariz bir göstəricisidir", - ASC-nin idarə heyətinin sədri Tamerlan Hacıyev "AtaSığorta"nın qazandığı nailiyyəti belə şərh edib.

"AtaSığorta" ASC 2004-cü ildən Azərbaycan sığorta bazarında fəaliyyət göstərir. Təsisçisi "AtaHoldinq" ASC olan şirkətin ödənilmiş nizamnamə kapitalı 5 milyon manat təşkil edir. "AtaSığorta" şirkəti 26 növ sığorta xidməti, onlardan 22 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təqdim edir.

Qeyd edək ki, "GfK" dünyada ən böyük bazar araşdırma şirkətlərindən biridir. Şirkət 11 000 eksperti ilə dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti