Azərbaycan, Bakı, 9 mart / Trend/
"Bank of Baku" bahar mövsümünün gəlişi ilə əlaqədar müştərilərin bayram və gündəlik ehtiyaclarını qarşılamaq üçün güzəştli kreditlər təqdim edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
9 mart tarixindən etibarən vətəndaşlar istehlak və pul kreditlərinə güzəşt imkanından yararlana bilər (avtomobil, ipoteka, əmanət və VİP kreditlər istisnadır). Beləliklə, indi "Bank of Baku" ayda cəmi 50 manat ödəməklə 1000 manat, 100 manat ödəməklə 2000 manat, 250 manat ödəməklə isə 5000 manat məbləğində pul krediti təklif edir. Həmçinin yeni müştərilər üçün 2000 manata, təkrar müştərilər üçün isə 3000 manatadək kreditə zamin tələb olunmur.
Bahar aksiyasının üstün cəhətlərindən biri də hal-hazırda "Bank of Baku"da cari krediti olan şəxslərin də paralel olaraq bu kampaniyadan bəhrələnə bilmək imkanıdır. Bundan savayı, kredit müştərinin müraciət etdiyi gündə ayrılır. Kreditin verilməsi isə rahat və çevik şəkildə həyata keçirilir. "Qeyd edim ki, kreditin verilməsi proseduru maksimal dərəcədə sadələşdirilib. Bu təşəbbüsümüzün məramı isə vətəndaşlarımızın bayram və gündəlik maddi ehtiyaclarını qarşılamaqdır", - "Bank of Baku"nun sədr müavini Abbas İbrahimov deyir.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. Bank of Baku istənilən sualı onlayn rejimdə də cavablandırır. Bunun üçün Bank of Baku-nun www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi- www.facebook.com/bankofbaku.com-a baş çəkmək kifayətdir.