...

Azərbaycan Litvanın azad iqtisadi zonalar üzrə təcrübəsini öyrənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 18:32 (UTC +04:00)
Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin və biznes inkubatorların yaradılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Litvanın azad iqtisadi zonalar üzrə təcrübəsini öyrənəcək

Azərbaycan, Bakı, 9 mart /Trend/

Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin və biznes inkubatorların yaradılması istiqamətində işlər davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) əməkdaşlarından və iş adamlarından ibarət nümayəndə heyəti 14-17 mart tarixlərində Litvada fəaliyyət göstərən azad iqtisadi zonalarla tanış olmaq üçün Kaunas bölgəsində səfər olacaq.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər də keçirəcək.

Xəbər lenti

Xəbər lenti