...

Zərdab rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2012 17:08 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Zərdab rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib.
Zərdab rayonunda prioritet sahələr üzrə investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 10 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Zərdab rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib.

Trend-in şənbə günü nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, Fond martın 7-də Zərdab rayonunun Şıxbağı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Zərdab rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- pambıqçılıq təsərrüfatlarının yaradılması;
- intensiv nar bağlarının yaradılması;
- kiçik və orta həcmli çörək istehsalı müəssisəsinin yaradılması;
- kiçik və orta həcmli meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər.

Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti