...

"Azərbaycan Hava Yolları" Avropa, Türkiyə və Dubaya reyslərin sayını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2012 13:41 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC beş istiqamət üzrə aviareyslərin sayını artıracaq. Bu barədə bazar ertəsi Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
"Azərbaycan Hava Yolları" Avropa, Türkiyə və Dubaya reyslərin sayını artırır

Azərbaycan, Bakı, 12 mart /Trend müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC beş istiqamət üzrə aviareyslərin sayını artıracaq. Bu barədə bazar ertəsi Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, xüsusilə Paris, Praqa, Milan, İstanbul və Dubay istiqamətində reyslər artırılacaq.

Bakı-Paris-Bakı və Bakı-Praqa-Bakı aviareysləri aprelin 21-dən mayın 31-ə qədər hər gün, Bakı-Milan-Bakı reysi aprelin 25-dən mayın 31-ə qədər həftədə 3 dəfə reallaşdırılacaq. Öz növbəsində, Bakı-İstanbul-Bakı reysi mayın 10-dan etibarən gündə 3 dəfə, Bakı-Dubay-Bakı isə aprelin 20-dən mayın 31-ə qədər gündə 2 dəfə QSC tərəfindən həyata keçiriləcək.

Səfərlinin sözlərinə görə, QSC mayın 10-dan etibarən İstanbulun digər beynəlxalq aeroportu Sabiha Gökçenə gündəlik aviareyslər təşkil etməyi planlaşdırır ki, bu da sərnişinlərə tranzit reyslərindən istifadə etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti