...

Azərbaycanın duz istehsalçısı satış bazarını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 16:03 (UTC +04:00)
Masazırda yerləşən "Azərbaycan Duz İstehsalat Birliyi" QSC-nin yodlaşdırılmış və saflaşdırılmış xörək duzu istehsalı üzrə zavodu xarici bazarlarda məhsul satışını genişləndirməyi planlaşdırır.
Azərbaycanın duz istehsalçısı satış bazarını genişləndirir

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Ə.Həsənov/

Masazırda yerləşən "Azərbaycan Duz İstehsalat Birliyi" QSC-nin yodlaşdırılmış və saflaşdırılmış xörək duzu istehsalı üzrə zavodu xarici bazarlarda məhsul satışını genişləndirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Azersun Holdinq"in ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov bildirib.

"Hazırda "Azərduz" məhsulu Gürcüstana ixrac edilir və yaxın müddətdə Rusiyanın cənubu perspektivli bazar hesab edilir", - Səfərov deyib.

Onun sözlərinə görə, "Azərduz" zavodu ildə 90 min ton yodlaşdırılmış duz istehsal edir. Üç aydan bir zavodda avadanlıqların təmizlənməsi həyata keçirilir və o, postsovet məkanında ən müasir zavodlardan biridir.

"Hazırda əhalinin 75 faizi yod çatışmazlığı hiss edir ki, bu da gənc nəslin immunitetinə, fiziki və əqli inkişafına mənfi təsir göstərir, zob xəstəliyinin yaranmasına səbəb olur", - Səfərov vurğulayıb.

Qeyd edək ki, 2001-ci ildə qəbul edilən "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması haqqında" qanuna əsasən, yodlaşdırılmayan duzun ixracı və heyvandarlıqda istifadəsi qadağan edilib.

Xəbər lenti

Xəbər lenti