...

Bakıda növbəti dəfə keyfiyyətsiz şirniyyat məhsullarının istehsalı və satışının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 17:31 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Zəminə Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdi.
Bakıda növbəti dəfə keyfiyyətsiz şirniyyat məhsullarının istehsalı və satışının qarşısı alınıb

Azərbaycan, Bakı, 13 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Zəminə Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdi.

Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən kremli keksdə və ruletdə mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərinin sayının normadan çox, paxlavada mezofil-aerob, fakültativ-anaerob mikroorqonizmlərinin və maya göbələklərinin sayının normadan çox olduğu, truboçkanın tərkibində isə bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) olduğu aşkar edilib.

Bundan başqa, tərkibindəki yağın kütlə payına görə mutaki pirojnasının, qurabiyənin, cemli piroqun, şəkərçörəyin, quru peçenyenin saxlama müddəti 15 gün müəyyən edilməli olduğu halda, həmin məhsulların etiketində saxlama müddətinin 20 gün göstərildiyi müəyyənləşdirilib.

Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 80 kq-a yaxın şirniyyat məhsullarının qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən Zəminə Hüseynovaya icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti