...

Bakıda istehlakçıların aldadılması faktı müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 17:34 (UTC +04:00)
Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 2 ünvanında Gülxar Qayıbxanovaya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "40% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.
Bakıda istehlakçıların aldadılması faktı müəyyən edilib

Azərbaycan, Bakı, 13 mart /Trend/

Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev 2 ünvanında Gülxar Qayıbxanovaya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "40% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.

Trend-in İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcək.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti