...

Azərbaycan ATR təyyarələrinin istismarını davam etdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 09:58 (UTC +04:00)
ATR markalı təyyarənin bazar ertəsi səhər Rusiyada qəzaya uğramasına baxmayaraq Azərbaycan həmin markadan olan təyyarələrin istismarını dayandırmayacaq.
Azərbaycan ATR təyyarələrinin istismarını davam etdirəcək

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/

ATR markalı təyyarənin bazar ertəsi səhər Rusiyada qəzaya uğramasına baxmayaraq, Azərbaycan həmin markadan olan təyyarələrin istismarını dayandırmayacaq. Bu barədə bazar ertəsi Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, QSC-nin təyyarə parkına daxil olan ATR markalı təyyarələr yenidir və bütün zəruri təhlükəsizlik ölçülərinə cavab verir.

Səfərli bildirib ki, bu gün ATR markalı təyyarələrdən istifadə olunmaqla iki - Bakı-Gəncə-Bakı və Bakı-Tbilisi-Bakı aviareysi həyata keçiriləcək.

QSC öz parkında göstərilən bu markadan - ATR-42 və ATR-72 - altı təyyarəyə malikdir. Təyyarələr şirkət tərəfindən 2007-2008-ci illər ərzində alınıb. Onlardan əsasən daxili reyslərin həyata keçirilməsi zamanı istifadə olunur.

Bazar ertəsi "YuTeyr" aviaşirkətinə məxsus Tümen-Surqut reysini həyata keçirən ATR-72 təyyarəsi Moskva vaxtı ilə 05:50-də (Bakı vaxtı ilə 06:50) Roşino hava limanında havaya qalxan zaman qəzaya uğrayıb. O, Tümendən 45 km aralıda yerə düşüb. İlkin məlumata görə, təyyarənin göyərtəsində 43 nəfər - 39 sərnişin və 4 ekipaj üzvü olub. Onlardan 17-si sağ qalıb. 16 nəfərin cəsədi aşkarlanıb. Qalan sərnişinlərin taleyi məlum deyil

İlkin məlumata görə, təyyarənin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb.

Xəbər lenti

Xəbər lenti