...

Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2012 18:15 (UTC +04:00)
"Ernst & Young Holdings BV" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.
Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

"Ernst & Young Holdings BV" beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

"Ernst & Young Holdings BV" beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2011-ci il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti