...

2011-ci ildə dövlətə təxminən 1,4 milyon dollar həcmində dəymiş ziyan ödənilib – Azərbaycanın Hesablama Palatası

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 13:45 (UTC +04:00)
2011-ci ildə Azərbaycan dövlətinə dəymiş ziyanı ödəmək üçün onun bank və kassa hesablarına 1,07 milyon manat həcmində vəsaitin köçürülməsi təmin olunub.
2011-ci ildə dövlətə təxminən 1,4 milyon dollar həcmində dəymiş ziyan ödənilib – Azərbaycanın Hesablama Palatası

Azərbaycan, Bakı, 6 aprel / Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycan dövlətinə dəymiş ziyanı ödəmək üçün onun bank və kassa hesablarına 1,07 milyon manat həcmində vəsaitin köçürülməsi təmin olunub. Trend-in məlumatına görə, bu barədə cümə günü Hesablama Palatasının sədri Heydər Əsədov palatanın 2011-ci ildəki fəaliyyətinin yekunları üzrə hesabatı Parlamentə təqdim edərkən bildirib.

"Əgər 2009-cu ildə Hesablama Palatası nəzarət üzrə 31 tədbir keçirmişdisə, 2010-cu ildə bu say 40-dək, 2011-ci ildə isə 46-dək artıb", - Əsədov deyib.

Bununla yanaşı, Hesablama Palatası öz yoxlamalarının istiqamətini diversifikasiyalaşdırıb.

"2011-ci ildə auditor yoxlamalarına təkcə təhsil, səhiyyə, mədəniyyət sahəsindəki obyektlər cəlb edilməyib. Vəsaitlərdən effektiv istifadənin yoxlanılması üçün auditin predmeti enerji kompleksi və bir sıra gizli sahələr olub", - Əsədov deyib.

Xəbər lenti

Xəbər lenti