Azərbaycan, Bakı, 9 aprel /Trend/
Azərbaycan paytaxtındakı ticarət, xidmət və ictimai iaşə obyektlərində POS-terminalların tətbiqini sürətləndirmək məqsədilə Bakı şəhərinin 11 rayonu 60 sahəyə bölünüb.
Vergilər Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, vergi xidməti əməkdaşları yerlərə gedərək vergi ödəyicilərinə həm texniki, həm də hüquqi cəhətdən köməklik göstərirlər. Sahibkarlara qeydiyyat ərizələrinin elektron formada göndərilməsi, lazımi sənədlərin toplanması, müvafiq banka təqdim edilməsi məsələlərində yardım olunur, zəruri maarifləndirmə işləri aparılır, hüquq və vəzifələri onlara izah edilir.
Digər vacib məqam prosessinq mərkəzləri tərəfindən gün ərzində qeydiyyata alınması mümkün olan POS-terminalların sayı ilə bağlıdır. Belə ki, əvvəllər gün ərzində maksimum 15-20 POS-terminalın qeydiyyatı mümkün olduğu halda, hazırda bu rəqəm 300-400-ə çatdırılıb. Bundan başqa, Vergilər Nazirliyi ilə prosessinq mərkəzləri arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün lazımi proqramlar sistemə yüklənib və POS-terminalların vergi orqanlarında onlayn rejimdə qeydiyyata alınması təmin olunur.
Vergilər Nazirliyi və Mərkəzi Bank tərəfindən görülmüş birgə tədbirlər nəticəsində ölkə üzrə aprelin 9-dək qeydiyyata alınmış POS-terminalların sayı 20 mini keçib ki, bunun da 18 604-ü və ya 93%-i Bakı şəhəri ərazisində fəaliyyət göstərən obyektlərin payına düşür. Fevralın 1-i vəziyyətinə bu rəqəm ölkə üzrə 11 933, Bakı şəhərində isə 11 156 təşkil edib.
09.04.2012-ci il tarixə Vergilər Nazirliyinin uçot məlumat bazasında aktiv POS-terminalları olan bank ekvayerlərin siyahısı (respublika üzrə):
N |
Bankın adı |
POS-terminalın sayı |
1 |
"Azərbaycan Beynəlxalq Bankı" ASC |
2 716 |
2 |
"Texnikabank" ASC |
2 458 |
3 |
"Zaminbank" ASC |
1 853 |
4 |
QSC "Bank Standard" Kommersiya Bankı |
1 781 |
5 |
"Atabank" ASC |
1 775 |
6 |
"Dəmirbank" ASC |
1 771 |
7 |
"Bank of Baku" ASC |
1 288 |
8 |
"AFB Bank" ASC |
1 076 |
9 |
"Bank of Azerbaijan" ASC |
591 |
10 |
"Azəriqazbank" ASC |
562 |
11 |
"Kapital Bank" ASC |
473 |
12 |
"Rabitəbank" ASC |
398 |
13 |
"Azərbaycan Sənaye Bankı" ASC |
396 |
14 |
"Bank Respublika" ASC |
372 |
15 |
"Muğanbank" ASC |
357 |
16 |
"Amrahbank" ASC |
353 |
17 |
"Unibank Kommersiya Bankı" ASC |
230 |
18 |
"Parabank" ASC |
229 |
19 |
"Turanbank" ASC |
157 |
20 |
"Expressbank" ASC |
144 |
21 |
"Yapı Kredi Bank Azərbaycan" QSC |
144 |
22 |
"Paşa Bank" ASC |
138 |
23 |
"Yunayted Kredit Bank" ASC |
101 |
24 |
"Atrabank" ASC |
92 |
25 |
"Debüt" Kommersiya Bankı ASC |
84 |
26 |
"Kredobank" ASC |
80 |
27 |
"Nikoyl" İnvestisiya Kommersiya Bankı ASC |
65 |
28 |
"Bank Avrasiya" ASC |
53 |
29 |
"Accessbank" QSC |
51 |
30 |
"Royalbank" ASC |
44 |
31 |
"Azər-Türk Bank" ASC |
41 |
32 |
ASC "Xalq" Bankı |
41 |
33 |
"Bank Silk Vey" ASC |
38 |
34 |
"NBC Bank" ASC |
30 |
35 |
"Dekabank Kommersiya Bankı" ASC |
10 |
36 |
Bank "BTB" ASC |
5 |
37 |
"Azərbaycan Kredit Bankı" ASC |
2 |
38 |
"Bank VTB (Azərbaycan)" ASC |
2 |
39 |
"Evrobank" ASC |
1 |
40 |
ABN AMRO Bank Amsterdam |
1 |
41 |
Gəncəbank Səhmdar-Kommersiya Bankı |
1 |
42 |
JP Morgan Chase Bank London |
1 |
43 |
Qafqaz İnkişaf Bankı ASC |
1 |
44 |
Standard Bank London |
1 |
CƏMİ |
20 007 |