...

Azərbaycan bankı nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2012 11:11 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank of Baku"nun adi, adlı, sənədsiz səhmlərinin emisiya prospektini qeydiyyata alıb.
Azərbaycan bankı nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank of Baku"nun adi, adlı, sənədsiz səhmlərinin emisiya prospektini qeydiyyata alıb. Bu emissiya çərçivəsində səhmlərin nominal dəyəri iki dəfə artacaq. Trend-in məlumatına görə, bu barədə Komitənin dünən yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi 7,7 manat nominalında 3,4 milyon səhmin 15,5 manat nominalında eyni həcmdə səhmə çevrilməsi yolu ilə aparılır.

Bununla da şirkətin nizamnamə kapitalı 26,18 milyon manatdan 52,7 milyon manatadək artacaq.

Xəbər lenti

Xəbər lenti