...

"Xalq Bank" regionlarda filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2012 18:11 (UTC +04:00)
"Xalq Bank" ASC-nin sayca 19-cu filialı Şəki şəhərində fəaliyyətə başlayıb.
"Xalq Bank" regionlarda filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycan bankı "Xalq Bank" ASC-nin sayca 19-cu filialı Şəki şəhərində fəaliyyətə başlayıb. Bu barədə çərşənbə axşamı Trend-ə bankdan məlumat verilib.

Yeni filial bankın regionlarda fəaliyyət göstərən on beşinci filialıdır. Filial əhaliyə və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadilə, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.

"Şəki" filialı Şəki şəh., M.Ə.Rəsulzadə prospekti, 169 A, ünvanında yerləşir. Telefon: (024) 244 03 82; Faks: (024) 244 78 38

Hazırda "Xalq Bank"ın Bakıda və regionlarda 19 filialı və 1 şöbəsi fəaliyyət göstərir. 2012-ci il ərzində bank filial şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti