...

İnquşetiyanın Mebel Fabrikinin nümayəndələri yerli istehsalçılarla görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2012 18:57 (UTC +04:00)
Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə çərşənbə axşamı İnquşetiyanın Mebel Fabrikinin nümayəndələri yerli mebel istehsalçıları ilə görüşüblər.
İnquşetiyanın Mebel Fabrikinin nümayəndələri yerli istehsalçılarla görüşüb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə çərşənbə axşamı İnquşetiyanın Mebel Fabrikinin nümayəndələri yerli mebel istehsalçıları ilə görüşüblər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İnquşetiyanın Mebel Fabrikinin fəaliyyəti və istehsal etdiyi məhsullar barədə azərbaycanlı iş adamlarına məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə, həmçinin, İnquşetiyanın Mebel Fabriki tərəfindən yerli mebel istehsalçıları üçün ağac emalı üzrə investisiya layihəsinin təqdimatı keçirilib.

Qeyd edək ki, 2011-ci ilin noyabr ayında Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Şimali Qafqaz regionunda, o cümlədən İnquşetiya Respublikasında investisiya imkanlarının araşdırılması məqsədilə səfərdə olub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İnquşetiyanın Mebel Fabrikində istehsal prosesi ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti