...

2012-ci ildə Azərbaycan və Ukrayna arasında mal dövriyyəsi 30 faizdən çox arta bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 17:09 (UTC +04:00)
2012-ci ildə Azərbaycan və Ukrayna arasında mal dövriyyəsi 2 milyard dollara çata bilər.
2012-ci ildə Azərbaycan və Ukrayna arasında mal dövriyyəsi 30 faizdən çox arta bilər

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir Ə.Həsənov/

2012-ci ildə Azərbaycan və Ukrayna arasında mal dövriyyəsi 2 milyard dollara çata bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

"Əgər Ukraynanın iri şirkətləri Azərbaycan bazarına gəlsə və bu proses əks istiqamətdə baş versə, habelə turizm, təhsil, maşınqayırma və digər sahələrdə bütün nəzərdə tutulan proqramlar işə düşsə, aprelin 4-də Ukrayna xarici işlər nazirinin müavini Viktor Maykonun Bakıya səfəri çərçivəsində mal dövriyyəsinin 5 dəfə artırılması barədə ifadələri reallığı tam əks etdirər", - səfir deyib.

Mişenkonun sözlərinə görə, 2011-ci ilin yekunları üzrə Azərbaycan və Ukrayna arasında mal dövriyyəsi 1,5 milyard dollara çatır ki, burada neft və qaz əsas yer tutur. Ötən il Ukraynaya 704 min ton neft tədarük edilib.

Hazırda Azərbaycanda Ukraynanın iri tikinti şirkətləri təmsil olunmayıb.

"Ukrayna şirkətləri metro, körpülər, kanalizasiya şəbəkələri, SES və digər infrastruktur obyektlərin tikintisində iştirak etməyə hazırdır", - o vurğulayıb.

Onun sözlərinə görə, mayın sonunda-iyunun əvvəlində Kiyevdə Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. İclas zamanı nəqliyyat, enerji, hərbi-sənaye kompleksi, aerokosmik sənaye sahələrində əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti