...

KPMG "Turan Bank"ın konsolidə edilmiş hesabatını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 20:59 (UTC +04:00)
2011-ci ilin yekunları üzrə Azərbaycan bankı "Turan Bank"ın aktivləri 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə 32,4 faiz artaraq 165,8 milyon manat təşkil edib.
KPMG "Turan Bank"ın konsolidə edilmiş hesabatını təsdiq edib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir Ə.Həsənov/

2011-ci ilin yekunları üzrə Azərbaycan bankı "Turan Bank"ın aktivləri 2010-cu ilin analoji göstəricisi ilə müqayisədə 32,4 faiz artaraq 165,8 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Beynəlxalq audit şirkəti KPMG-nin hazırladığı konsolidə edilmiş audit hesabatına əsasən, bankın kredit portfeli 117 milyon manat təşkil edib ki, bu da inişilin yekunları üzrə analoji göstəricini 16,5 faiz üstələyir. 2011-ci il ərzində bankın xalis gəliri 3,2 milyon manat təşkil edib. Ötən il bankın balans gəliri 3,8 milyon manat səviyyəsində olub.

2010-cu illə müqayisədə bankın ümumi depozit portfeli 59,1 faiz artaraq 86,7 milyon manat təşkil edib.

"Turan Bank"ın məcmu kapitalı 2011-ci il ərzində 9,5 faiz artaraq 23,9 milyon manata çatıb, nizamnamə kapitalı isə 10 faiz artaraq 22 milyon manat olub.

Hesabat "TuranBank"ın və onun törəmə şirkəti olan "TuranLizinq"in fəaliyyətinin nəticələrini əhatə edir.

Xəbər lenti

Xəbər lenti