...

Bakıda şirniyyat istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2012 18:02 (UTC +04:00)
Bakıda şirniyyat istehsalçısına maliyyə sanksiyası tətbiq edilib.
Bakıda şirniyyat istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bakıda şirniyyat istehsalçısına maliyyə sanksiyası tətbiq edilib. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllə, ev 1A ünvanında Zəminə Hüseynovaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı şərq şirniyyatlarının (kətə, şəkərçörəyi, quru peçenye, ekler, paxlava, rulet, mutaki və s.) müvafiq reseptura olmadan istehsal edilməsi, həmin şirniyyatların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, habelə istehsal edilən şirniyyatların insan orqanizmi üçün təhlükəli olması səbəbindən bu təsərrüfat subyekti barəsində nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Zəminə Hüseynovaya 1000 manat maliyyə sanksiyası tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti