...

Azərbaycan bankı "Bank Standard" ödəniş kartları ilə aksiyanın II mərhələsinin qaliblərini müəyyən edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 12:50 (UTC +04:00)
Aprelin 17-də "Bank Standard"ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində "Kartla ödə, Apple qazan!" aksiyasının II mərhələsinin uduş fondunun lotereyası keçiriləcək.
Azərbaycan bankı "Bank Standard" ödəniş kartları ilə aksiyanın II mərhələsinin qaliblərini müəyyən edir

Azərbaycan, Bakı, 16 aprel / Trend/

Aprelin 17-də "Bank Standard"ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində "Kartla ödə, Apple qazan!" aksiyasının II mərhələsinin uduş fondunun lotereyası keçiriləcək. Hər iştirakçı topladığı lotereya lotlarının ümumi sayını kartının nömrəsi ilə bank saytı www.bankstandard.com vasitəsilə öyrənə bilər.

Xatırladaq ki, 16 oktyabr - 31 sentyabr tarixləri arasında 4 mərhələdən ibarət olmaqla keçirilən "Kartla ödə, "Apple" qazan!" aksiyası "Bank Standard" tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edir. Aksiyanın növbəti III və IV mərhələlərində ardıcıl olaraq 10 ədəd son model i-Phone mobil telefonu və 10 ədəd MacBook Air noutbuku oynanılır.

Aksiya müddəti ərzində bankın müştəriləri öz kartlarından istifadə edib POS-terminal, bankomat (ATM), "Mobile Banking" xidməti vasitəsilə, habelə İnternetdə ödənilmiş məbləğlərin hər 10 şərti vahidi (manat, USD, GBP, EUR) müqabilində bir lotereya şansı əldə edirlər.

Qeyd edək ki, ayrı-ayrı mərhələlərdə qazanılan lotereya şanslarına uduş düşmədiyi halda onlar növbəti mərhələlərdə qüvvədə qalacaq. Nəhayət, lotereya şansları kart vasitəsilə ödənişlərlə yanaşı, "Bank Standard"ın kart məhsullarını əldə etmək müqabilində də verilir.

Bankın uduşlu aksiyaları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar

Xəbər lenti

Xəbər lenti