...

Azərbaycanda kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə dair xarici ölkələrin təcrübəsi öyrənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 18:35 (UTC +04:00)
Aprelin 16-da Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İsraildə qida və kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik “Juran” şirkəti tərəfindən azərbaycanlı iş adamları üçün “Kənd təsərrüfatının innovasiya sistemləri və maşınqayırmada yeni texnologiyalar və həllər” mövzusunda seminar keçirilib
Azərbaycanda kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə dair xarici ölkələrin təcrübəsi öyrənilir

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Aprelin 16-da Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İsraildə qida və kənd təsərrüfatı sahəsində böyük təcrübəyə malik "Juran" şirkəti tərəfindən azərbaycanlı iş adamları üçün "Kənd təsərrüfatının innovasiya sistemləri və maşınqayırmada yeni texnologiyalar və həllər" mövzusunda seminar keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumata görə, tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Gülşən Rzayeva iş adamları arasında əlaqələrin genişləndirilməsində bu cür tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb, yerli iş adamlarının müasir texnologiyalar barədə məlumatlandırılması istiqamətində görülən işlər barədə məlumat verib.

"Juran" şirkətinin nümayəndəsi Avner Galili isə təmsil etdiyi şirkətin fəaliyyəti, kənd təsərrüfatında innovasiya sistemləri, yeni texnologiyaların tətbiqinə dair şirkətin təcrübəsi barədə təqdimatla çıxış edib.

Tədbirdə bu sahədə İsrail təcrübəsinin Azərbaycanda tətbiqinə dair fikir mübadiləsi aparılmış, yerli iş adamlarını maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycana səfəri çərçivəsində "Juran" şirkətinin nümayəndəsi Avner Galili kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən bir sıra müəssisələrdə tətbiq olunan texnologiyalarla da tanış olmuşdur.

Xəbər lenti

Xəbər lenti