...

Bakıda mağazada saxta "endirim" faktı aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 19:39 (UTC +04:00)
Trend-in İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86, mənzil 33 ünvanında Rüfət Qarabağlıya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada “365/365 gün, il boyu dəri ayaqqabılara endirim” qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib
Bakıda mağazada saxta "endirim" faktı aşkarlanıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Axundov/

Bakıda daha bir mağazada saxta "endirim" faktı aşkarlanıb.

Trend-in İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86, mənzil 33 ünvanında Rüfət Qarabağlıya məxsus mağazada aparılan yoxlama zamanı, mağazada "365/365 gün, il boyu dəri ayaqqabılara endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.

Bundan başqa, qeyd olunan reklamın aidiyyatı strukturlardan icazə alınmadan yayımlandığı müəyyənləşdirilib.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz yerləşdirilmiş qeyri-dəqiq reklamın yayımı dayandırılıb.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görüləcək.

İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti