...

2012-ci ilin sonunadək Azərbaycanda 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır - Hüseynqulu Bağırov

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 02:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
2012-ci ilin sonunadək Azərbaycanda 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır - Hüseynqulu Bağırov

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

İclasda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış etmişdir.

Onun sözlərinə görə, cari ilin sonunadək Azərbaycanda qızıl yataqlarından birlikdə 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır. Bu qızıl Gədəbəy və Çovdar qızıl yataqlarından çıxarılacaq.

"2003-2005-ci illərdə kəşf olunaraq balansa götürülmüş qızıl yataqlarının bazasında istehsal prosesi təşkil edilmiş, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxmış və son illərdə artıq 4,5 ton qızıl emal olunmuşdur. Hazırda Daşkəsən rayonu ərazisində Çovdar qızıl yatağında istismara hazırlıq və zavod tikintisi işləri başa çatdırılmaq üzrədir.

Geoloqlarımızın səyləri nəticəsində son iki ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanmış, 80 ton qızıl, 290 ton gümüş ehtiyatı hesablanmışdır. Hazırda yataq istismar işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl yatağı aşkarlanmış və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılmışdır", - nazir bildirib.

Bağırov qeyd etdi ki, Şəmkir rayonu ərazisində ölkədə ilk dəfə platin qrupu metalları müəyyənləşdirilmiş və yataq aşkarlanmışdır.

"Proqnoz ehtiyatları 50 ton hesablanmış yataqda geoloji qiymətləndirmə işləri aparılır",-
nazir bildirib.

Xəbər lenti

Xəbər lenti