...

Azərbaycan ərzaq təhlükəsizliyi və qıtlıqla mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsində donor ölkəyə çevrilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çərçivəsində ərzaq təhlükəsizliyinin təmin edilməsi və qıtlıqla mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsində donor ölkəyə çevrilib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Bakıda keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı və Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası çərçivəsində bildirib.

Abasovun sözlərinə görə, Bakıda keçirilən konfrans 46 ölkədən rekord sayda iştirakçı toplayıb.

Qeyd edək ki, FAO aclıqla mübarizəyə istiqamətlənmiş beynəlxalq fəaliyyətdə qabaqcıl rol oynayır. FAO-ya 191 üzv dövlət, iki assosiativ üzv və bir təşkilat - Avropa İttifaqı daxildir.

Xəbər lenti

Xəbər lenti